“Flaşmob” və “Yeni Media” mövzuları üzrə növbəti təlimlər
Azərbaycan Uşaqlar Birliyi (AUB)
tərəfindən həyata keçirilən və İREX Beynəlxalq Təşkilatı tərəfindən
maliyyələşdirilən "Deməyə sözümüz var" Foto jurnalistika vasitəsi ilə
həssas təbəqədən olan uşaq və gənclərin gözü ilə sosial reinteqrasiya
fəaliyyəti layihəsi çərçivəsində aprel ayının 21 və 22-si "Flaşmob" və
"Yeni Media" mövzuları üzrə növbəti təlimlər təşkil edildi.
Təlimlərə Bakı, Lənkəran, Bərdə və
Naxçıvandakı orta və peşə təhsili məktəbləri, internat, liseylərdən,
eləcə də, AUB nəzdindəki Uşaq Sığınacağından ümumən 25 nəfər yeniyetmə
və gənc cəlb olundu.
Təlimləri "Flaşmob Azərbaycan"ın lideri
Samir Qədirov və təlimçi Qurban Kərimbəyli apardılar. Təlimlər zamanı
flaşmobun əsas ideyası, mənası, tarixi, məqsədi, bir neçə maraqlı video
nümunələr, mövzuya uyğun fəaliyyətlər barədə misallar göstərilmiş, təlim
iştirakçıları bu videolarda flashmobun digər kütləvi aksiyalardan və
reklam xarakterli fəaliyyətlərdən fərqini müəyyən etməklə bağlı
fiirlərini bildirildi, Flashmob tədbirinin təşkilatçılığı, təqdimetməsi,
elanı, kordinasiyası və təbliğində atılan əsas addımlar qeyd edildi.
Sonra təlimçilərin və AUB sosial işçilərinin köməyi ilə təlim
iştirakıçıları bir neçə flaşmob ideyaları hazırlayaraq səhnələşdirilmiş
variantda icra etdilər. Təlimdə həmçinin Flashmob təşkilatçılığı və
təbliğində istifadə olunan yeni media alətləri barədə danışıldı.
"Yeni Media" təlimi zamanı yeni medianın
ənənəvi mediadan fərqi və ondan istifadə qaydaları geniş müzakirə
edildi, Azərbaycanda media və onun təşkilatçılığı, risklər və media
resurslarının yaradıcılıq və şərait imkanları haqqında məlumat verildi.
Sosial şəbəkələr, bloqlar, videosaytlar və s. texniki imkanları haqqında
söz açıldı. Təlim iştirakçıları qısa müddətdə layihənin məqsədlərinə
dair müxtəlif bloqlar, sosial şəbəkələrdə səhifələr, videosaytlarda
mövzuya aid videolar yerləşdirilməsi üçün fəaliyyət planları müəyyən
etdilər.
Yay aylarında bir daha bir araya gələcək
qrup, mövzuya aid hazırladıqları bloqlar, sosial şəbəkələrdə
yaratdıqları səhifələr və internet səhifələrində yerləşdirdikləri video
və fotoları təqdim edəcəklər.
Təlimdən sonra 2012-ci ilin sentyabr və
oktyabr aylarında iştirakçılar Bakı, Gəncə və Biləsuvar regionlarına
səfər edəcəklər və onların çəkdikləri şəkillər sosial şəbəkələrdə, digər
yeni media vasitələri ilə geniş şəkildə ictimaiyyətə təqdim
olunacaqdır. Həmçinin uşaq və gənclərin çəkdikləri şəkillər layihə
çərçivəsində təşkil olunacaq sərgilərdə nümayiş olunacaqdır.
Qeyd etmək lazımdır ki, layihənin
məqsədi, həssas təbəqədən olan uşaq və gənclərin yeni media
texnologiyalarından istifadəsini artıqmaq və onların cəmiyyətə səmərəli
inteqrasiyasına və foto jurnalistika, eləcə də, yeni media vasitəsilə öz
fikirlərini və sosial mesajlarını cəmiyyətə, xüsusən də hökumət
təşkilatlarına çatdırmağa kömək etməkdir.
Layihə bu ilin sonu başa çatacaqdır.